Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq - Ərdoğan - FinFly

Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq.

FinFly xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, FETÖ-çülərin Türkiyəni çevirmək istədikləri bataqlıq xalq tərəfindən qurudulub:

"Bir tərəfdə xalqımız qəhrəman şəkildə mübarizə apararkən, digər tərəfdə “artıq gecdir”, “bu, tamaşadır” deyərək xalq arasında çaxnaşma yaratmağa çalışılırdı. “Birindən nur axar, birindən kir” misralarının reallığını həmin gecə gördük. Bütün bu baş verənlər xalqın yaddaşından silinməyib və silinməyəcək. 15 iyul qələbəsinə kölgə salmağa çalışanlar daim utanc hissi ilə xatırlanacaq".

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə tezliklə layiq olduğu yeri alacaq, terrorsuz Türkiyə bölgədə sabitliyin təməlidir.