
May ayı üzrə 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
FinFly Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) istinadən xəbər verir ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyədən 134, Rusiya Federasiyası 78, Ukrayna 68, Birləşmiş Krallıq 35, Gürcüstan 19, Polşadan 14, Çin və İtaliyadan hər birindən 9, Almaniyadan 8, Macarıstan 6, Banqladeşdən 4, Amerika Birləşmiş Ştatları, İsveçrə Konfederasiyası, Koreyadan 3, Latviyadan və Niderland Krallığının hər birindən 3, Belçika Krallığı, İsrail Dövləti, Litvadan, Özbəkistan və Qazaxıstanın hər birindən 2, həmçinin Belarus, Estoniya, Fransa, Hindistan, İran, İspaniya, Qana, Qırğız, Sudan, Yaponiya, Yəmən və Zimbabvedən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.
Son xəbərlər
-
13 Iyn, 2025
Azərbaycan iqtisadiyyatı böyüyüb...
-
13 Iyn, 2025
Qızılın qiyməti qeyri-sabitdir...
-
13 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...
-
13 Iyn, 2025
İran ABŞ ilə nüvə danışıqlarından imtina edib...
-
13 Iyn, 2025
Qatar Airways İran və İraqa uçuşları ləğv edib...