
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət razılaşması əldə etdiyini açıqlayıb.
FinFly xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Güclü müttəfiqimiz Böyük Britaniya ilə tarixi ticarət razılaşması əldə etdik”, - o bildirib və vurğulayıb ki, bu, aprel ayında çoxsaylı ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etdikdən sonra ABŞ tərəfindən ilk belə razılaşmadır.
Eyni zamanda ABŞ Prezidenti qeyd edib ki, sövdələşmə Britaniya mallarına tətbiq edilən rüsumların tamamilə aradan qaldırılmasını nəzərdə tutmur.
“Bu sövdələşmə çərçivəsində ABŞ 10 faizlik rüsumlardan 6 milyard dollar gəlir əldə edəcək. Bundan əlavə, biz kənd təsərrüfatı istehsalçılarımız və digər malların istehsalçıları üçün yeni ticarət imkanları əldə edəcəyik. Bu, bizə 5 milyard dollar qazandıracaq”, - o izah edib.
Trampın sözlərinə görə, tərəflər alüminium və polad ticarəti üçün zona yaratmaq, həmçinin əczaçılıq məhsullarının tədarükü üçün təhlükəsiz sistem yaratmaq barədə razılığa gəliblər.
Son xəbərlər
-
08 May, 2025
Sabah 30 dərəcə isti olacaq...
-
08 May, 2025
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb...
-
08 May, 2025
ABB Şuşada filial açır...