12 Dek, 2025 09:50
ABŞ Prezidenti Donald Tramp, ölkə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməyəcəyi və raket proqramını davam etdirəcəyi təqdirdə, İrana yeni zərbə endirilməsi ehtimalını istisna etməyib.
FinFly xəbər verir ki, Tramp bu sözləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampın sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə nizamlanmaya nail olmaq mümkün olmazdı.
"İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər. Onların bərpasına çox vaxt lazım gələcək, lakin əgər onlar bizimlə razılıq əldə etmədən onu bərpa etmək istəsələr, biz onu da məhv edəcəyik. Biz onların raketlərini çox tez məhv edə bilərik", - ABŞ Prezidenti qeyd edib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
