Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Tramp NATO ölkələrini ərazilərinə müdaxilə edən Rusiya təyyarələrini vurmağa çağırıb - FinFly

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya NATO-nun hava məkanını pozacağı halda, Alyans ölkələri onun təyyarələrini vurmalıdır.

FinFly xəbər verir ki, bu barədə ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş zamanı bildirib.

Tramp müvafiq suala: "Bəli, mən belə hesab edirəm", - deyə cavab verib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin hava məkanını pozması ilə bağlı bəyanatları yenilik deyil.

Xatırladaq ki, NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniya hava məkanını pozduğu iddia edilən insidentdən sonra qəti cavab verəcəyini vəd etmişdi.