31 Iyl, 2025 20:07
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin avqustun 8-dək başa çatdırılmasında israrlıdır.
FinFly xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-nin böyük diplomatı Con Kelli bildirib.
“Rusiya və Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidir. Razılaşmanı imzalamağın vaxtı çatıb. Prezident Tramp açıq şəkildə bildirib ki, bu, avqustun 8-dək edilməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə addımlar atmağa hazırdır”, - Kelli deyib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
