
ABŞ Prezidenti Donald Tramp Rusiyanın pilotsuz uçuş aparatlarının Ukrayna şəhərlərinə hücumlarını bu ölkənin lideri Vladimir Putinin danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün yanlış cəhd olduğunu söyləyib.
FinFly xəbər verir ki, bu barədə Tramp Alyaska sammitində onu müşayiət edən jurnalistlərə bildirib.
"Bəlkə bu, dünyanın bir parçasıdır. Bəlkə də bu, onun xüsusiyyətləri, genləri, genetikası ilə bağlıdır. Amma o, bunun ona danışıqlarda güc verdiyini düşünür. Düşünürəm ki, bu, ona zərər verir. Onunla bu barədə sonra danışacağam", - o deyib.
Tramp həmçinin "Air Force One" təyyarəsində Ukrayna ilə sülhün Rusiya üçün iqtisadi faydalarından danışıb, eyni zamanda danışıqların nəticəsiz qalacağı təqdirdə daha sərt sanksiyalar barədə xəbərdarlıq edib.
"Diqqət elədim, o, Rusiyadan çoxlu iş adamları gətirir və bu yaxşıdır. Mən bunu bəyənirəm, çünki onlar bizneslə məşğul olmaq istəyirlər, lakin müharibəni həll etməyincə bu olmayacaq", - o, fikrini yekunlaşdırıb.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...