Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Trampa Rusiyaya qarşı iktisadi təzyiqləri gücləndirməyin yeni üsullar təqdim edilib - FinFly

Amerikalı rəsmilər Prezident Donald Tramp üçün Rusiyaya iqtisadi təzyiqlərin gücləndirilməsi ilə bağlı müxtəlif üsullar hazırlayıblar.

Bu barədə məlumatı Bloomberg agentliyi mənbələrinə istinadən yayıb. Təklif olunan konkret variantların nədən ibarət olduğunu mənbələr açıqlamaqdan imtina ediblər.

Materialda senator Lindsi Qrahamın adı çəkilir. O, Donald Trampın siyasi müttəfiqi hesab olunur. Qeyd olunur ki, mayın 1-də Qraham Rusiya nefti, qazı və uranı alan ölkələrdən idxala 500 faiz gömrük rüsumları tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu qanun layihəsini 72 senator dəstəkləyib.

Bloomberg yazır ki, Donald Tramp təklif olunan təzyiq variantları ilə tanış olub, lakin hələlik heç bir göstəriş verməyib. Çünki ABŞ hələ də münaqişənin diplomatik yolla həllinə çalışır.

Bu gün, 2 may tarixində ABŞ Dövlət Departamentinin nümayəndəsi Təmmi Brüus bildirib ki, ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində yanaşmasının “üslubu və metodologiyası” dəyişir və bundan sonra ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyəcək.

Donald Tramp hələlik bu barədə heç bir açıqlama verməyib və Dövlət Departamentinin bəyanatını şərh etməyib.