Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Trampın Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətində deyil - FinFly

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynadakı münaqişənin həllinə mane olmamaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcəyini bildirib.

"Düşünürəm ki, nəsə etmək şansı var və bunu etsək (sanksiyaları genişləndirməsi – redaktorun qeydi), vəziyyəti daha da pisləşdirə bilərik", – deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən izah edib.

Eyni zamanda o, etiraf edib ki, vaxt gələ bilər ki, bu (sanksiyaların sərtləşdirilməsi – redaktorun qeydi) baş verəcək.

Tramp Putinin sülh istədiyinə inanıb-inanmadığı və Rusiya prezidentinə etibar edib-etmədiyi ilə bağlı suallara da müsbət cavab verib.