Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
TuranBank zəmanət tranzaksiyasını AİB ilə reallaşdırmağa başlayıb - FinFly

Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olan TuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin, xüsusilə də qeyri-neft sektorunun maliyyə resusrlarına çıxış imkanlarının genişləndirilməsini hədəfləyir. Qeyd edək ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarının aradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi istiqamətində daha genişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə xidmət edir.

Bu əməkdaşlıq Asiya İnkişaf Bankının strateji hədəflərinə uyğun olaraq regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafına və davamlı iqtisadi artıma töhfə verir. Məlumat üçün bildiririk ki, 2024-cü il ərzində Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq tərəfdaş bankla əməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan 27,600-dən çox əməliyyatı dəstəkləyib.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.