Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Türk dövlətləri arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir - FinFly

Türk dövlətləri arasında ticarət dövriyyəsi mövcud potensialı tam əks etdirmir.

FinFly xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman deyib.

Onun sözlərinə görə, Türk dövlətləri strateji coğrafi mövqeyə malikdir.

"Biz dünya miqyasında çox mühüm yerüstü və yeraltı sərvətlərə sahibik. Təxminən 1,6 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 1,5 trilyon ABŞ dollarına yaxın ticarət dövriyyəsinə malik olan, dünya ticarət yolları üzərində yerləşən bir Türk Dövlətləri Birliyimiz var. Lakin mövcud ticarət dövriyyəsi potensialı tam əks etdirmir. Məhz bu səbəbdən Türk Dövlətləri Təşkilatı və bu kimi birliklər çərçivəsində Türk dövlətləri öz aralarında siyasi, iqtisadi, mədəni və ticarət əlaqələrini inkişaf etdirməli, qarşılıqlı ticarəti və sərmayələri artırmalıdırlar", - deyib.

O əlavə edib ki, belə platformaların və tədbirlərin Türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsinə mühüm fayda verəcəyinə inanır.