
10 Iyn, 2025 13:34
2024-cü ilin sonunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kiprin bank sektorlarının ümumi aktivləri 1 trilyon 364 milyard ABŞ dolları təşkil edib.
FinFly xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyib.
O, qeyd edib ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 15,1 faiz artım deməkdir.
"Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 faiz azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Nuriyev əlavə edib.
Son xəbərlər
-
12 Iyn, 2025
TKTA 52 nəfərin diplomunu tanımayıb...
-
12 Iyn, 2025
Sabah 37 dərəcə isti olacaq...