Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Türkiyədə çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib - FinFly

Türkiyədə cinayətkar təşkilat qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib.

FinFly bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Bildirilib ki, İstanbulun Küçükçekmece Rayon Prokurorluğu tərəfindən başladılan əməliyyat çərçivəsində "Can Holding"ə daxil olan 121 şirkətə həbs qoyulub.

Həmin şirkətlər arasında "Habertürk" və "Show TV" kimi böyük media qurumları da var. Sözügedən şirkətlərin 8 yüksək vəzifəli şəxsi barəsində həbs qərarı verilib.