Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Türkiyədən Azərbaycana pul köçürmələri artıb - FinFly

Ötən il Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 151,8 milyon ABŞ dolları təşkil edib.

FinFly-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz və ya 5,7 milyon ABŞ dolları artıb.

Hesabat ilində ölkənin ümumi köçürmələrində Türkiyənin payı 28,8 faiz təşkil edib.

Həmçinin, ötən il Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 175,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7 faiz artım deməkdir.

2023-cü ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 146,1 milyon ABŞ dolları, əks istiqamətdə isə 164,3 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2 faiz azdır.