
08 Snt, 2025 11:49
Türkiyədə X, YouTube, Instagram, Facebook, TikTok və WhatsApp daxil olmaqla populyar onlayn platformalara girişlə bağlı nasazlıqlar davam edir.
FinFly xarici KİV-ə istinadən xəbər verir ki, giriş problemləri bazar günü Qrinviç vaxtı ilə saat 20:45-də başlayıb, bu zaman platformalara giriş məhdudlaşdırılıb.
Qeyd olunur ki, məhdudiyyətlər Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldakı qərargahı ətrafında polis barrikadalarının qurulmasına cavab olaraq partiyanın mitinqlər keçirmək çağırışından dərhal sonra başlayıb.
Son xəbərlər
-
08 Snt, 2025
Santuş istefaya göndərildi...