Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Türkiyə Mərkəzi Bankı uçot dərəcəni yüksəldib - FinFly

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) aprel ayı üzrə faiz qərarını açıqlayıb.

FinFly xəbər verir ki, Bank uçot dərəcəsi (əsas faizi) olan bir həftəlik repo hərrac faiz dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar verib.

Həmçinin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar faiz dərəcələrinin sabit qalacağı idi.

İqtisadçılar bu ay keçiriləcək iclasda əsas faizdə hər hansı dəyişiklik gözləmirdilər.

Qeyd edək ki, TCMB mart ayında keçirdiyi iclasında faizini 2,50 faiz bəndi azaldaraq 45 faizdən 42,5 faizə endirmişdi.

Bankın növbəti iclası iyunun 19-da keçiriləcək.