
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Aİ ölkələrini 18-ci anti-Rusiya sanksiyalar paketini tez bir zamanda qəbul etməyə çağırıb.
FinFly xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində Rusiyanın Ukrayna şəhərlərinə yeni raket zərbələri fonunda yazıb.
"Rusiya terrorunu gücləndirməkdə davam edir, yüzlərlə pilotsuz təyyarə və raketdən ibarət növbəti dalğanı buraxır, yaşayış məntəqələrinə ziyan vurur, dinc əhalini öldürür və yaralayır. Qərbi Çernivtsi, Lvov və Lutsk şəhərləri xüsusilə dəhşətli hücuma məruz qalıb, digər bölgələr də zərər çəkib", - Sıbiqa yazıb.
Onun sözlərinə görə, raket zərbələrinin miqyası "Moskvanın neft gəlirlərindən məhrum edilməsinin təcili zəruriliyini nümayiş etdirir". O əlavə edib ki, Aİ-nin 18-ci sanksiyalar paketini və Qrem-Blumental qanun layihəsini tezliklə qəbul etmək tərəfdaşlarımızın maraqlarına uyğundur.
Son xəbərlər
-
12 Iyl, 2025
Azərbaycan nefti bahalaşıb...
-
12 Iyl, 2025
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb...
-
12 Iyl, 2025
Azərbaycanda əmtəəlik qaz hasilatı artıb...
-
11 Iyl, 2025
Azərbaycan əhalisinin gəlirləri artıb...