"Bloomberg"-ın məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna mineral ehtiyatlar üzrə ABŞ-la saziş imzalamağa hazırdır. Bu, bu gün, aprelin 30-da da baş verə bilər.
Bloomberg-in mənbəsinin sözlərinə görə, saziş tərəflər arasında iqtisadi tərəfdaşlıq vasitəsilə ABŞ-ın Ukraynaya dəstəyini gücləndirəcək. O əlavə edib ki, Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko sazişi imzalamaq üçün Vaşinqtona gedir.
Agentliyin mənbəsi dəqiqləşdirib ki, saziş layihəsi yekunlaşıb. Bloomberg müqavilənin yeni şərtlərini nəzərdən keçirib. Müqavilənin müddəalarından birinə görə, ABŞ-ın Ukraynaya gələcək hərbi yardımı onların Kiyevin investisiya fonduna töhfəsinə hesablanacaq. Razılaşmanın bir hissəsi olaraq, fondun fəaliyyət mexanizmini tənzimləyən iki texniki məqam hələ razılaşdırılmayıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
