




Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın prezidenti Donald Tramp arasında keçirilən görüş 100 faiz məzmunlu və məhsuldar olub.
FinFly xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib.
Siyasətçinin sözlərinə görə, sənəddə Kiyevin Vaşinqtona qarşı heç bir borcu nəzərdə tutulmayıb, iki ölkə bir-biri ilə ədalətli şərtlərlə əməkdaşlıq edəcək ki, hər biri qazanc əldə edə bilsin.
“ABŞ Prezidenti ilə müqavilə imzalamağa hazır olduğumuzu Vatikan görüşündə müzakirə etdik. Əslində, bu gün Vatikan görüşünün ilk real nəticəsini görürük və bu nəticə həmin görüşü həqiqətən tarixi edir,” – deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, razılaşma ratifikasiya üçün Ali Radaya göndərilib: “Biz maraqlıyıq ki, bu sənədin qəbulunda gecikmə olmasın.”
“Müqavilə hazırlanma mərhələsində ciddi dəyişikliklərə məruz qalıb. İndi bu, Ukraynaya kifayət qədər böyük investisiyalar cəlb etməyə imkan verən, istehsal sahələrinin əhəmiyyətli dərəcədə modernləşdirilməsini və – az önəmli olmayan – ölkəmizdə hüquqi praktikanın yenilənməsini təmin edən həqiqətən bərabərhüquqlu razılaşmadır,” – deyə Zelenski əlavə edib.
Son xəbərlər
-
19 May, 2025
Unibank illik yığıncağ keçirək...
-
18 May, 2025
Azərbaycan metil spirtin istehsalını azaldıb...
-
19 May, 2025
AAM qızıl yatağında tammiqyaslı hasilata başlayıb...
-
19 May, 2025
Bakıda gecə leysan yağacaq...
-
19 May, 2025
Qızılın qiyməti artıb...
-
19 May, 2025
Unibank illik yığıncağ keçirək...
-
18 May, 2025
Azərbaycan metil spirtin istehsalını azaldıb...
-
19 May, 2025
AAM qızıl yatağında tammiqyaslı hasilata başlayıb...
-
19 May, 2025
Bakıda gecə leysan yağacaq...
-
19 May, 2025
Qızılın qiyməti artıb...