03 Fvr, 2026 10:08
Ukrayna İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib.
FinFly xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Ukrayna azadlığa dəyər verən və bunun uğrunda mübarizə aparmağa həqiqətən hazır olan xalqları dəstəkləyir. Bütün dünya İranda baş verənləri, qətllərin sayını və İran rejiminin bölgədə və dünyada müharibə və zorakılığın yayılmasına necə töhfə verdiyini görür.
Ukrayna şəhərlərimizə və kəndlərimizə, xalqımıza hücum edən minlərlə "Şahed"in heç birini unutmayacaq, Ukrayna lideri bildirib.
Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı SEPAH-ı terror təşkilatları siyahısına salıb.
Son xəbərlər
-
03 Fvr, 2026
Mərkəzi Bankın valyuta ehtiyatları artıb...
-
03 Fvr, 2026
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb...
-
03 Fvr, 2026
Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb...
