
15 Iyl, 2025 16:59
Ukraynanın baş naziri Denis Şmıxal bu gün istefa verib.
FinFly xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Cəbhəni tutan və Ukraynanı qoruyan həm kişi, həm də qadın müdafiəçilərimizə təşəkkür edirəm! Etibarınıza görə Ukrayna prezidenti Vladimir Zelenskiyə təşəkkür edirəm!", Şmıxal qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski bir gün əvvəl ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif etdiyi Yuliya Svırıdenko ilə bu gün görüş keçirib. Svırıdenko hazırda baş nazirin birinci müavini və iqtisadiyyat naziridir.
Onlar yenilənmiş hökumətin ilk addımlarını müzakirə ediblər.
Son xəbərlər
-
15 Iyl, 2025
Ukraynanın baş naziri istefa verib...