FinFly-ın redaksiyasına Unibank-ın 3 müştərisindən şikayətlər daxil olub. Onlar bildiriblər ki, bank kredit borcunun gecikdirilməsi barədə məlumatı birbaşa onların iş yerlərinə ötürürlər.
Bu təcrübə birbaşa "Banklar haqqında" Qanunun pozulması deməkdir. Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 41-ci maddəsinə əsasən, müştərinin razılığı və ya məhkəmə qərarı olmadan bank sirri üçüncü tərəfə ötürülə bilməz.
Qeyd: 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
Beləliklə, Unibank-ın müştərilərin borcları barədə məlumatı işəgötürənlərə ötürməsi yalnız hüquqi normaları pozmaq deyil, həm də kommersiya qurumunun özünə ciddi reputasiya riski yaradır.
Unibank faktiki olaraq kredit münasibətlərini qanuni yolla icra prosesindən kənara çıxaraq təzyiq vasitəsinə çevirir. Bu isə yalnız bank sisteminə inamı sarsıtmır, həm də müştərilərə birbaşa zərər vurur, onların iş yerindəki nüfuzuna mənfi təsir göstərir.
Baş vermiş hadisə ilə əlaqədar, FinFly Unibank-ın mətbuat xidməti ilə əlaqə saxlayacaq, "Banklar haqqında" Qanununun və müştəri hüquqlarının pozulması haqqında açıqlama tələb edəcək.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
