Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
ürcüstanda bank sektorunda qərarvermə prosesində qadınların rolu güclənir - Milli Bankın Sədri - FinFly

Son 15 ildə Gürcüstanda maliyyə sektorunda, xüsusilə banklarda qadınların qərarvermə prosesində iştirakı artmaqdadır.

FinFly xəbər verir ki, bunu Gürcüstan Milli Bankının sədri Natia Turnava deyib.

"Bir neçə ay əvvəl mən Gürcüstan Mərkəzi Bankının sədri təyin olundum və bu vəzifəyə gələn ilk qadınam. Bütün irəliləyişlərə baxmayaraq, qadınlar hələ də kifayət qədər təmsil olunmur. Amma biz bu boşluğu qısa müddətdə kompensasiya etdik. İnanıram ki, bizim İdarə Heyətimiz - rəhbər üzvlər - bəlkə də regionda, hətta dünyada ən çox qadından ibarət heyətdir. Çünki bütün üzvləri qadındır. Nəzarət şurasının doqquz üzvündən beşi - dördü icraçı, biri qeyri-icraçı olmaqla - qadındır", - deyə Turnava bildirib.

Sədr qeyd edib ki, bu heyətin formalaşması məqsədli deyil, lakin mövcud çağırışlar fonunda belə bir tərkibin üstünlükləri aydındır.

"Hazırda dünya qeyri-müəyyənlik, geosiyasi risklər və inflyasiya şokları ilə üz-üzədir. Belə dövrlərdə qərarvermə səviyyəsində güclü qadın təmsilçiliyi çox faydalıdır. Qadınlar adətən daha az riskə gedirlər və riski idarə etmək üçün balanslı qərarlar qəbul edirlər. Bu da bizim hazırda ehtiyac duyduğumuz yanaşmadır. Biz daim iqtisadi dəstək, aşağı inflyasiya və risklərin balanslaşdırılması arasında seçim edirik", - deyə vurğuladı.

Turnava, sədrliyi dövründə əldə olunan makroiqtisadi sabitliyi məhz bu yanaşmanın nəticəsi kimi qiymətləndirib:

"Bu uğur yalnız bizim xidmətin nəticəsi deyil, eyni zamanda qərarların qəbulunda göstərdiyimiz ehtiyatlı və balanslı yanaşmanın göstəricisidir. Pul-kredit siyasətimiz məhz bu prinsiplərə əsaslanır".

Milli Bankın Sədri, həmçinin Gürcüstanda gender bərabərliyinin təşviqi məqsədilə görülən institusional islahatlara da toxunub:

"2022-ci ildən etibarən banklar üçün Korporativ İdarəetmə Kodeksini dəyişdik. Çünki bu sahədə də gender bərabərsizliyi müşahidə olunurdu. Kodeksə əlavə edilən maddəyə əsasən, bankların idarə heyətində qadın təmsilçiliyinin minimum səviyyəsi müəyyən olunub. Bu göstərici əvvəlcə 20 %, daha sonra 30 %-ə yüksəldildi. Bizdə kvota tətbiq edilir".

Qadın sahibkarlığı məsələsinə aydınıəq gətirən Natia Turnava, kredit imkanlarında mövcud bərabərsizliklərə də diqqət çəkib:

"Hazırda Gürcüstanda kreditə sahib olan bizneslərin cəmi 16 faizi qadınlara məxsusdur. Qadınların sahib olduğu müəssisələr isə bank kreditlərinin ümumi portfelinin yalnız 7 faizini təşkil edir. Hesab edirəm ki, bu göstəricilər Qazaxıstan və Azərbaycan kimi digər ölkələr üçün də aktualdır. Qadın sahibkarlar hüquqi mülkiyyət, girov təqdim etmək və maliyyə savadlılığı baxımından daha çox çətinliklərlə üzləşirlər".