
02 Apr, 2025 20:25
“Utair” aviaşirkəti aprelin 5-dən Moskvadan (Vnukovo hava limanı) Lənkərana birbaşa reyslərə başlayır.
FinFly xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Qrafikə əsasən, Moskvadan uçuş saat 15:45-ə, Lənkərandan isə saat 21:25-ə nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 40 dəqiqə olacaq.
Biletləri artıq rəsmi “utair.ru” saytında və “Rahat Səma” mobil proqramında əldə etmək olar.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...