
27 Mar, 2025 13:49
Rusiyanın “Utair” aviaşirkəti Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərindən Bakıya birbaşa uçuşların sayını artıracaq.
FinFly xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Yay aylarında daha çox reyslərin olacağı qeyd edilir. Hazırda uçuşlar yalnız çərşənbə günləri həyata keçirilsə də, yay aylarında cümə və bazar günləri əlavə olunacaq. İlk belə uçuş iyunun əvvəlində baş tutacaq.
Məlumata görə, iyunun 6-da Surqutdan uçuş saat 06:40-da, Bakıya eniş saat 10:05-də olacaq. Bazar günləri uçuş axşam olacaq: Surqutdan uçuş saat 17:15-də, Bakıya eniş saat 20:40-da.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...