
Ümumdünya Ticarət Təşkilatı Müstəqil Dövlətlər Birliyi ölkələrində kommersiya xidmətləri ticarəti həcmlərinin artımı üzrə yenilənmiş proqnozunu dərc edib.
FinFly xəbər verir ki, ÜTT-nin bu proqnozunda xidmətlərin ixracı nəzərdə tutulur.
ÜTT son hesablamalarına əsasən, 2025-ci ildə MDB məkanında kommersiya xidmətləri ticarəti artımının əsas proqnozu 3.6 faiz təşkil edir, dəqiqləşdirilmiş proqnoz isə daha aşağı – cəmi 1,1 faiz civarındadır.
Bu arada, 2026-cı ilə olan proqnoz daha ümidvericidir. Əsas ssenariyə görə, artım 3 faiz səviyyəsində gözlənilir, dəqiqləşdirilmiş ssenariyə əsasən isə 3,5 faizə çata bilər ki, bu da xidmət ticarəti sahəsində aktivliyin bərpa olunması ehtimalını göstərir.
Son iki il ərzində region sabit artım nümayiş etdirib: kommersiya xidmətləri ticarətinin həcmi 2024-cü ildə 8,1 faiz, 2023-cü ildə isə 7,2 faiz artıb.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...