Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
uxumi hava limanına bağlı Rusiya aviaşirkətləri Gürcüstanda fəaliyyət göstərə bilməyəcək - nazir - FinFly

Suxumi hava limanına uçuşlar təşkil edən Rusiya aviaşirkətləri Gürcüstanda fəaliyyət göstərə bilməyəcək.

FinFly xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda xarici şirkətlərin Tbilisinin razılığı olmadan Abxaziya və Cənubi Osetiyada kommersiya fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanun var.

“Qanunu pozan şirkətlər, təbii ki, Gürcüstanda fəaliyyət göstərə bilməyəcəklər. Buna əsaslanaraq əlimizdə olan bütün vasitələrdən istifadə edirik”, - o deyib.