




Vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb.
Bu barədə FinFly Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15 650, 2 000 , 1 400, 1 020, 1 000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var"- deyə məlumatda qeyd edilir.
Kibercinayətkarların qurbanına çevrilməmək üçün vətəndaşlar nə etsin?
Son xəbərlər
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...
-
25 Apr, 2025
Kriptovalyuta bazarında qiymətlər necə dəyişdi?...
-
25 Apr, 2025
“Yahoo” “Chrome” brauzeri almağa hazırdı...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...
-
25 Apr, 2025
Kriptovalyuta bazarında qiymətlər necə dəyişdi?...
-
25 Apr, 2025
“Yahoo” “Chrome” brauzeri almağa hazırdı...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...