
İndi fərdi sahibkarlar vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə ödənişsiz təqdim edirlər.
Artıq cari hesabat dövründən (1-20 iyul) İnternet Vergi İdarəsində sadələşdirilmiş, gəlir, mənfəət kimi bir çox vergi bəyannamələrinin “SİMA İmza”dan istifadə edərək göndərilməsi mümkündür. Bunun üçün aşağıdakı ardıcıllıq izlənilməlidir:
- new.e-taxes.gov.az veb-saytına daxil olmaq
- "Giriş" düyməsinə keçid etmək
- Giriş üsulu kimi "SİMA İmza"-nı seçmək
- Ekranda açılan QR kodu “SİMA İmza” tətbiqi vasitəsilə skan etmək
Bu addımları tamamladıqdan sonra sahibkarlar şəxsi kabinetinə daxil olub vergi əməliyyatlarını onlayn şəkildə icra edə biləcəklər.
Diqqətə çatdıraq ki, hazırda güzəşt çərçivəsində fərdi sahibkarlar SİMA yeni nəsil rəqəmsal imzanı ödənişsiz əldə edə bilərlər. Belə ki, “SİMA İmza” tətbiqində 6AYPULSUZ promokodu ilə qeydiyyatdan keçən sahibkarlar növbəti 6 ay müddətində abunə haqqı ödəməyəcəklər (Ətraflı bloqda: https://sima.az/az/blog/19).
Qeyd edək ki, “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiya prosesi 2023-cü ildə başlayıb. İndiyədək fərdi sahibkarlar üçün 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib. Hazırda hüquqi şəxslər və dövlət qurumları üçün də müvafiq inteqrasiya prosesi aparılır.
Son xəbərlər
-
03 Iyl, 2025
Bitkoinin qiyməti yenidən 110 min dolları ötüb...
-
03 Iyl, 2025
Ərdoğan Xankəndiyə gəlir...
-
03 Iyl, 2025
"Liverpul"un ulduzu Dioqo Jota həyatını itirdi...
-
03 Iyl, 2025
Vergi bəyannamələri ödənişsiz və rahat oldu...