Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi - FinFly

25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq, Müşfiqabad qəsəbəsində 50 hektardan çox ərazidə ağac əkini həyata keçirdilər. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-suvarma sistemi qurulub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya çərçivəsində bir milyon ağacın əkilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və digər aparıcı maliyyə assosiasiyalarının iştirakı ilə reallaşdırılır.

Əməkdaşlıq 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında təşkil olunub və VTB (Azərbaycan) onun icrasında fəal iştirak edərək ölkəmizdə ekologiyanın yaxşılaşdırılmasına və davamlı inkişafın təmin edilməsinə töhfə verir.