Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub - FinFly

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 10 faiz artaraq 348,541 milyon manata çatıb.

Kredit portfelinin ümumi həcmi 235,764 milyon manat təşkil edib. VTB (Azərbaycan) biznesin dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu ilin birinci rübdə 76 milyon manatdan çox biznes kreditləri verilmişdir ki, bu da müştərilərə verilən kreditlərin ümumi həcminin üçdə birini təşkil edir.

Bankın xalis faiz gəlirləri 2024-cü ilin birinci rübü ilə müqayisədə 42,5 faiz artaraq 7,5 milyon manat, qeyri-faiz gəlirləri isə 40 faiz artaraq 3 milyon 811 min manata çatıb.

2025-ci ilin birinci rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 12,98% təşkil edib.

Bankın məcmu kapitalı 95,691 milyon manatı ötüb ki, bu da Mərkəzi Bankın normativ tələblərini 45,691 milyon manat (təxminən 2 dəfə) çoxdur.