
VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini
açıqlayıb. Bank ikinci rübdə 6,319 milyon manat xalis mənfəət əldə edib. Hesabata əsasən, aktivlər
2024-cü ilin 4-cü rübü ilə müqaisədə 10 faiz artaraq 337,037 milyon manata
çatıb.
Kredit portfelinin ümumi
həcmi 237,495 milyon manat təşkil edib. Bu ilin ikinci rübündə 16,8 milyon
manatdan çox biznes kreditləri verilmişdir. Beləliklə,
bu seqment üzrə portfel 70,6 milyon manatı ötüb.
Bankın xalis faiz gəlirləri
2025-ci ilin ikinci rübündə 15,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7 milyon
300
min manata çatıb.
2025-ci ilin 2-ci rübünün
nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 12,24% təşkil
edib.
Bankın məcmu kapitalı isə 98,7 milyon
manatı ötüb, bu da Mərkəzi Bankın normativ tələblərini 47,8 milyon
manat (təxminən 2 dəfə) üstələyib.
Son xəbərlər
-
15 Iyl, 2025
Ukraynanın baş naziri istefa verib...