



Bakı Olimpiya Stadionunda “Dinamo” klubunun – FCDM-nin
futbol məktəbi açılıb. 4 yaşdan 13 yaşa qədər uşaqlar orada peşəkar təlimçilərin,
o cümlədən Moskva klubunun mütəxəssislərinin rəhbərliyi altında məşq edə biləcəklər.
Bakıda məktəbin açılışı VTB (Azərbaycan)-ın dəstəyi ilə baş tutub.
“VTB (Azərbaycan) ənənəvi olaraq respublikada keçirilən
idman tədbirlərini dəstəkləyir. Əminik ki, idman təkcə sağlamlıq deyil, həm də
gənc nəslin tərbiyəsi üçün mühüm vasitədir. Bakıda FCDM futbol məktəbinin
açılması Azərbaycan uşaqları üçün peşəkar futbol dünyasına qoşulmaq,
bacarıqlarını inkişaf etdirmək və gələcəyin idman ulduzlarına çevrilmək üçün
bir fürsətdir. Bu, Rusiya futbolunun təcrübəsini və Azərbaycan idman ənənələrini
birləşdirən unikal layihədir”, - deyə bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin
üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni
Borodin şərh edib.
VTB (Azərbaycan) respublikada idmanın inkişafına fəal dəstək verir. Bank Azərbaycan Basketbol Liqasının rəsmi sponsorudur və həmçinin 2024-cü ildə Islamic Ice Hockey Tournament turnirində “Baku Flames” komandasının tərəfdaşı kimi çıxış edib. 2025-ci ildə Rusiyanın Kazan şəhərində keçiriləcək turnirdə VTB (Azərbaycan) növbəti dəfə “Baku Flames”-i dəstəkləyəcək. FCDM futbol məktəbinin açılışı ölkədə uşaq və gənclər idmanının dəstəklənməsi istiqamətində daha bir mühüm addım oldu.
Qeyd:
FCDM Futbol Məktəbi “Laçın” İdman Klubu ilə Moskvanın “Dinamo” futbol klubu
arasında tərəfdaşlıq əsasında yaradılıb. Bu əməkdaşlıq Rusiyanın ən qədim
klublarından birinin mütəxəssisləri tərəfindən hazırlanmış qabaqcıl təlim
metodlarından istifadə etməyə imkan verəcək. Gənc idmancılar təkcə futbol
bacarıqlarını təkmilləşdirməklə yanaşı, “Dinamo” klubunun dəstəyi ilə təşkil
olunan turnirlərdə, ustad dərslərində və digər tədbirlərdə də iştirak edə biləcəklər.