Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
VTB (Azərbaycan)ın əməkdaşları Bilgəh çimərliyində növbəti təmizlik aksiyası keçirdilər - FinFly

VTB (Azərbaycan) Bilgəh çimərliyində Xəzər dənizinin sahilyanı ərazisinin təmizlənməsi kampaniyası təşkil edib.

Bank iştirakçıları zəruri sanitar avadanlıqlarla təchiz olunaraq sahil ərazisini tullantılardan təmizlədilər.

Artıq bir neçə ildir ətraf mühitin mühafizəsi tədbirlərini dəstəkləyən və fəal iştirak edən VTB (Azərbaycan) üçün bu təşəbbüs artıq ənənəvi hal alıb.

"Təbiətin təmizliyinə görə məsuliyyət hər birimizin üzərinə düşür. Sahilboyu təmizləmə kampaniyaları təkcə Xəzər dənizinin ekosistemini yaxşılaşdırmaq üçün deyil, həm də əhali arasında təbiətə qayğıkeş münasibət mədəniyyətinin formalaşdırılması üçün mühüm addımdır. Ümid edirik ki, zaman keçdikcə Xəzər dənizinin çimərlikləri və sahilyanı əraziləri zibildən tamamilə təmizlənəcək və bu cür ekoloji aksiyalar mütəmadi xarakter daşıyacaqlar", - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.