
15 Avq, 2025 14:30
VTB (Azərbaycan) aztəminatlı ailələrdən olan uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib. Tədbir 11–12 avqust tarixlərində ölkənin cənub regionunda, “Maricel Astara Resort”-da, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının iştirakı ilə keçirilib.
Düşərgənin proqramına müxtəlif fəaliyyətlər daxil olub: intellektual və idman oyunları, maarifləndirici ustad dərsləri, eləcə də maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzularında təlimlər. İştirakçılar şəxsi büdcənin idarə olunması, investisiyaların əhəmiyyəti, müxtəlif bank məhsulları və marketinqin əsasları ilə tanış olublar.
Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri təqdim olunub ki, bu da zəngin proqramın xoş sonluğu olub.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...