Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
VTB (Azərbaycan) yeni kredit kampaniyasına start verdi - FinFly

VTB (Azərbaycan) martın 3-dən 36 ayadək kreditlər üzrə Novruz bayramı ərəfəsində “Komissiyasız nağd kredit” kampaniyasına start verir. Məhsulu həm SİMA İmza rəqəmsal imza ilə, həm də filialdan əldə etmək olar.

“Nağd krediti əhali arasında ən populyar məhsullarımızdan biridir. 2024-cü ilin sonuna bankımızın nağd pul kreditləri üzrə kredit portfelinin həcmi 100 milyon manata çatıb, bu da 2023-cü illə müqayisədə 33% çoxdur. Novruz bayramı ərəfəsində ənənəvi olaraq kreditlərə tələbat artır. Buna görə də biz müştərilərin öz maliyyə ehtiyaclarını daha rahat həll edə bilmələri üçün vəsaitlərin alınması prosesini daha da sadələşdirdik”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

VTB (Azərbaycan) müştəriləri illik 10,49%-dan başlayan faiz dərəcəsi ilə 300 manatdan 50 min manatadək istehlak kreditləri üçün müraciət edə bilərlər.