
VTB (Azərbaycan) 3 depozit üzrə gəlirliliyi 0,5-1 faiz bəndi artırıb. Maksimum gəlir 12% təşkil edir. 2024-cü ilin sonuna bankın pərakəndə müştərilərindən cəlb etdiyi vəsait portfeli 7% artaraq 70 milyon manat təşkil edib.
“Sərfəli” əmanət üzrə faiz dərəcəsi 12 ay və daha çox müddətə yerləşdirildikdə illik 12% təşkil edir. Məhsulu 3 aydan 36 aya qədər 3 valyutada açmaq olar: Azərbaycan manatı, ABŞ dolları və Rusiya rublu.
“Avans” əmanəti üzrə, 12 aydan 18 aya qədər depozit yerləşdirdikdə, maksimal gəlir 11%-ə qədər artırılıb. Avans depoziti ilə faizlərinizi əmanət qeydiyyata alındıqdan dərhal sonra əldə etmək mümkündür.
“Hədəf” əmanəti üzrə maksimum faiz dərəcəsi 36 ay müddətinə yerləşdirdikdə illik 11,5%-dək yüksəlib. Məhsulu 3 valyutada (AZN, USD, RUB) açmaq olar. Depozitə vəsaitin əlavə edilməsi müddət boyunca mümkündür.
“2024-cü ilin hesabatına əsasən bizim depozit portfelimiz 7% artıb, bu da müştərilərin vəsaitlərini klassik mənbələrdə yerləşdirmək istəyindən xəbər verir. Biz gəlir faizlərimizi bazara adaptasiya etməkdə davam edirik və müştərilərə müxtəlif secim veririk: depozitə əlavə vəsaitin qoyulması bütün müddəti üçün icazə verilir və ya əmanət qeydiyyata alındıqdan dərhal sonra faiz gəlirini əldə etmək imkanı. Bu, xüsusilə təcili vəsaitə ehtiyacı olanlar üçün vacibdi”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.