
Web3-də fəaliyyət göstərən kibercinayətkarlar – dünyanın ən hazırlıqlı hakerləri sırasındadır.
Bu barədə FinFly-ə Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kirill Xomyakov deyib.
Onun sözlərinə görə, bir şəxsin mənzili və ya evi varsa, bu əmlakı ondan almaq heç də asan deyil:
"Əgər sənin mənzilin və ya bank hesabın varsa, onu oğurlamaq elə də asan deyil. Bank əməliyyatı dərhal bloklayacaq və məsələ bağlanacaq. Amma vəsait blokçeyndə yerləşirsə, onu gizlətmək mümkün deyil. Çünki bu texnologiyanın mahiyyəti şəffaflıq üzərində qurulub. Ənənəvi banklardan fərqli olaraq, istifadəçi heç bir yerə getməli olmur – hər şey onlayn rejimdə baş verir. Deməli, cinayətkarlar da onlayndadır. Bu onların təbii mühitidir."
O, yaxın keçmişdə dünyanın ən böyük kriptobirjələrindən birinə edilmiş hücumu xatırladaraq qeyd edib ki, "orada təkcə istifadəçilər deyil, beş baş menecerin hesabları sındırıldı. Zərərin miqdarı – 1,5 milyard dollar. Əlbəttə, mütəxəssislər istifadəçilərin etimadını qısa müddətdə bərpa edə bildilər, amma bu hadisə çox ciddi siqnaldır."
Xomyakov vurğulayıb ki, hakerlər böyük platformalara hücum edə bilirsə, fərdi cüzdanlar daha böyük təhlükə altındadır:
"Bu səbəbdən biz infrastrukturun qorunmasına böyük resurslar yatırırıq. Bura həm kibertəhlükəsizlik, həm aktivlərin bölüşdürülməsi mexanizmləri, həm də texnoloji dayanıqlıq daxildir. Binance bu istiqamətdə sənayenin liderlərindən biridir."
Son xəbərlər
-
24 May, 2025
Sabah Bakıda hava isti olacaq...
-
24 May, 2025
Azər-Türk-Bank kreditlər üzrə faizləri artırıb...
-
24 May, 2025
Azərbaycan nefti bahalaşıb...
-
24 May, 2025
Azərbaycanda nə qədər pul dövriyyədədir?...