25 Snt, 2025 16:10
2024-cü ilin nəticələrinə əsasən, Xəzər dənizinin ən böyük neft və qaz-kondensat ehtiyatları 33 faiz payla Qazaxıstana məxsusdur.
FinFly xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət və logistika" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın payı 29 faiz, İranın payı 21 faiz, Türkmənistanın payı 12 faiz, Rusiyanın payı isə 5 faiz təşkil edib.
Qaz ehtiyatlarında isə Azərbaycan 34 faizlik göstərici ilə liderdir. Qazaxıstan, Türkmənistan və İranın hər birinin payı təxminən 19 faiz, Rusiyanın payı isə 9 faiz təşkil edir.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
