17 Fvr, 2026 10:05
2025-ci ildə Azərbaycan banklarının əldə etdiyi xalis mənfəəti onların bu il yanvarın 1-nə malik olduqları aktivlərin 2 faizi qədər olub.
FinFly xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivlərinin gəlirliliyi dəyişməyib.
Ötən il 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edən İran Milli Bankının Bakı filialı olub. Bu bankın illik xalis mənfəəti onun aktivlərinin 3,7 faizni təşkil edib.
Digər xarici kapitallı bank olan "Bank VTB Azərbaycan" isə 3 faizlik göstərici ilə ikinci olub. Ötən ili zərərlə başa vurmuş "Bank BTB" ASC isə təbii olaraq aktivlərinin 0,1 faizi qədər zərərliliyə malik olub.
Son 1 ildə aktivlərdən istifadə vəziyyəti 22 bankdan 6-da yaxşılaşıb, 3-də dəyişməyib, 13-də isə pisləşib.
Son xəbərlər
-
17 Fvr, 2026
Avropada təbii qazın qiyməti düşüb...
-
17 Fvr, 2026
Niyə fevral ayı Azərbaycanda isti keçir?...
-
17 Fvr, 2026
Bu günə olan valyuta məzənnələri...
-
17 Fvr, 2026
ABŞ İrana hərbi təzyiqi artırır...
