Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
XII Qlobal Bakı Forumu açıq müzakirələr üçün mühüm platformaya çevriləcək - İsmayıl Serageldin - FinFly

12-ci Qlobal Bakı Forumu aparıcı qlobal liderləri, beynəlxalq təşkilatların nümayəndələrini və alimləri müzakirələr üçün bir araya gətirən əlamətdar hadisə olacaq.

FinFly xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forum 400-ə yaxın iştirakçını, o cümlədən azı 50 hazırkı və keçmiş prezident və baş nazir, habelə BMT agentliklərinin rəhbərləri və akademik dairələrin aparıcı nümayəndələrini birləşdirir.

Serageldin qeyd edir ki, müzakirələr açıq, səmimi və analitik nəticələrin çıxarılmasına üçün vacibdir.