Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu gün ölkəmizə gətiriləcək - FinFly

Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək, 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir.

FinFly xəbər verir ki, bu barədə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr UTair hava yolları ilə Azərbaycana gətiriləcək.