
02 Snt, 2025 09:32
Oktyabrın 7-də, saat 11:00-da "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FinFly xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.
Gündəliyə əsasən səhmdarlar cari və təşkilati məsələləri müzakirə edəcəklər.
"Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 faizi Marina Kulişovaya, 0,96 faizi Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 faizi isə "İSR Holdinq" MMC-yə məxsusdur.
Son xəbərlər
-
02 Snt, 2025
Azərbaycan Özbəkistana elektrod ixracına başlayıb...
-
02 Snt, 2025
İsrail ABŞ Konqresində nüfuzunu itirib - Tramp...
-
02 Snt, 2025
Azərbaycan nefti bahalaşıb...
-
02 Snt, 2025
Yelo Bank səhmdarlarının yığıncağını keçirəcək...