Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Yeni dünya düzəninin Türkiyəsiz qurulması mümkün deyil - Ərdoğan - FinFly

Türkiyə Prezidenti ölkəsinin yeni dünya düzəni quruculuğunda mühüm rol oynadığını deyib.

FinFly xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Böyük Millət Məclisində (TBMM) AK Partiyanın qrup toplantısındakı çıxışında danışıb.

O, ciddi proseslərin cərəyan etdiyi dünyanın çoxqütblü sistemə doğru getdiyini vurğulayıb:

"Türkiyə bu prosesdə çox mühüm rol oynayır. Hazırda Türkiyə qlobal siyasətdə baş verən sürətli hərəkətlənmə fonunda öz dayanıqlılığını qorumağa nail olan ölkələrdən biridir.

Açıq görünür ki, dünya təkqütblü dünyadan çoxqütblü dünyaya keçməyə doğru gedir. Türkiyə artıq elə bir vəziyyətdədir ki, heç bir ölkə yeni düzəndə bizim üçün rol müəyyənləşdirə bilməz. O baxımdan, yeni dünya nizamının Türkiyəsiz qurulması mümkün deyil".