
17 May, 2025 00:42
Yeni Yasamalda çoxmərtəbəli binada yanğın baş verib. Hadisə 21 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzildə baş verib.
FinFly-ın məlumatına görə, yanğının paltaryuyan maşının alışmasından qaynaqlandığı ehtimal olunur. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın qısa müddətdə nəzarət altına alınıb və digər mənzillərə keçməsinin qarşısı alınıb.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşları da hadisə yerinə gələrək mənzildə olan şəxslərə ilkin tibbi yardım göstəriblər.
Yanan mənzildə kirəkeşlər olub. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Araşdırma aparılır.
Son xəbərlər
-
28 Iyl, 2025
Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq...