07 Iyn, 2025 01:16
Dünyanın bir sıra ölkələrində yutub videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur.
FinFly xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 3 faizi proqramın işində nasazlıqların olduğunu, 16 faizində videoların nümayiş olunmadığını, 81 faizi sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.
Ən çox şikayət ABŞ-dən edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib.
Sosial şəbəkənin fəaliyyətində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
