
22 Avq, 2025 14:43
Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri gücləndirəcək və sülhə töhfə verəcək.
FinFly "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə mövcud xətlərin modernizasiya prosesinə davam edir:
“Türkiyə son 23 ildə nəqliyyat infrastrukturuna 300 milyard dollarlıq investisiya qoyub. Bu vəsaitin 64 milyard dəmir yollarına yatırılıb. 2025-ci ildə dəmiryoluna 3 min kilometrlik yeni xətt əlavə edilib. Dəmiryolu xəttimizin bütövlükdə uzunluğu 14 min kilometrə çatdırılıb”.
Son xəbərlər
-
22 Avq, 2025
Sergey Markov Rusiyada xarici agent elan edilib...
-
22 Avq, 2025
Türkmənistan Füzulidə məscid tikəcək...
-
22 Avq, 2025
Bakının bir sıra yollarında tıxac yaranıb...