Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Zəngəzur dəhlizi münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır - FinFly

Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi qiymətləndirilə bilər.

FinFly xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "TDT: Unikal əməkdaşlıq modeli" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Əmirbəyov həmçinin vurğulayıb ki, bu dəhliz rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə davam edən prosesin elementlərindən biridir.

"Hesab edirəm ki, Zəngəzur dəhlizi sırf kommersiya əhəmiyyətindən başqa, regionda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi də qiymətləndirilə bilər, çünki o, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı davam edən prosesin elementlərindən biridir. Beləliklə, iqtisadi cəhətdən tam təcrid olunmuş Ermənistan üçün bu, regionun bir hissəsi olmaq, eləcə də onun strateji əhəmiyyətini artırmağa kömək etmək üçün yaxşı şansdır", - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.