Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Zəngəzur dəhlizinin ötürücülük qabiliyyəti ilkin mərhələdə 15 milyon ton həcmində qiymətləndirilir - İlham Əliyev - FinFly

Zəngəzur dəhlizinin ötürücülük qabiliyyətinin potensialı ilkin mərhələdə Azərbaycan tərəfindən 15 milyon ton həcmində qiymətləndirilir.

FinFly xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.

Prezident bildirib ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna çox fəal şəkildə investisiya yatırır.

"Son illər ərzində milyardlarla dollar yatırılıb, Xəzərdə ən böyük beynəlxalq ticarət limanı tikilib", - İlham Əliyev bildirib.

Ölkə başçısı, Azərbaycanın Ermənistan və İranla sərhəd qovşağına qədər dəmir yolunun tikintisini demək olar ki, başa çatdırdığını vurğulayıb.

"Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında, bu dəmir yolunun Azərbaycan hissəsi tikiləcək.

Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır", - Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşməsindən danışmırıq: “Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.

İlham Əliyev vurğulayıb ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək.