Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Rusiya-Ukrayna müharibəsinin həlli planını müzakirə etmək üçün bu həftə Vaşinqtona getməkdən imtina edib.
FinFly xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, noyabrın 23-də Cenevrədə ABŞ-Ukrayna danışıqları başa çatdıqdan sonra ABŞ nümayəndələri Zelenskiyə Trampla görüşmək üçün bu həftə Vaşinqtona getməyi təklif ediblər.
Lakin Ukrayna prezidenti sülh planının daha da işlənib hazırlanmasının zəruriliyini əsas gətirərək səfərdən imtina edib və gələn həftə Vaşinqtona getməyi təklif edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt də bildirib ki, ABŞ Prezidenti Donald Trampın hazırda Volodimir Zelenski ilə görüşü planlaşdırılmır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
